Millimizin futbolçusunun Türkiyə klubuna keçidi rəsmiləşdi - FOTO
Azərbaycan millisinin üzvü Renat Dadaşovun karyerasını yenidən Türkiyədə davam etdirəcəyi dəqiqləşib.
Mediasport.az xəbər verir ki, 25 yaşlı forvard 1-ci Liqa təmsilçisi "Ankaragücü" klubunda forma geyinəcək.
Futbolçumuz paytaxt komandası ilə 2 illik müqavilə bağlayıb.
Xatırladaq ki, son keçidə qədər İsveçrənin "Qrasshopper" klubuna məxsus olmuş Dadaşov ötən mövsümü icarə əsasında "Hatayspor"da oynayıb.