Millimiz Avstraliyanı məğlub etdi
Birləşmiş Ərəb Əmirliklərində təlim-məşq toplanışında olan 17 yaşadək oyunçulardan ibarət Azərbaycan millisi 2-ci yoldaşlıq görüşünü keçirib.
Mediasport.az xəbər verir ki, U-17 Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb.
Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) matçda qələbə qazanıb.
Bu komandalar arasında 14 oktyabrda keçirilən ilk yoldaşlıq oyunu 0:0 hesablı heç-heçə ilə başa çatmışdı.