Ramil Şeydayev "Kocaelispor"da debütünü qələbə ilə qeyd edib

Ramil Şeydayev "Kocaelispor"da debütünü qələbə ilə qeyd edib

Türkiyə 1-ci Liqasında 20-ci tura bu gün yekun vurulacaq.

Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" səfərdə "Şanlıurfa" ilə qarşılaşacaq.

Buna qədər keçirilən matçlarda milli komandamızın üzvləri Sərtan Taşkının formasını geyindiyi "Manisa BBSK" evdə "Ərzurumspor"a (0:2), Bəxtiyar Həsənalızadənin uğurları üçün çalışdığı "Tuzlaspor" "Eyüpspor"a uduzub (0:4).

Coşqun Diniyevli "Ümraniyəspor" "Sakaryaspor"la oyunda xal itirib (1:1). "Altay" - "Kocaelispor" matçında (0:2) Ramil Şeydayev ikincilərin heyətində debütünü rəsmiləşdirib.

Türkiyə 1-ci Liqası. 20-ci tur

21:00 Şanlıurfaspor - Boluspor