İbrahim Əliyevdən İndoneziyadakı beynəlxalq turnirdə 2 medal

İbrahim Əliyevdən İndoneziyadakı beynəlxalq turnirdə 2 medal

Azərbaycan parabadmintonçusu İbrahim Əliyev İndoneziyanın Surakarta şəhərində keçirilən “Hydroplus Indonesia Para Badminton International 2024” beynəlxalq turnirdə 1 gümüş və 1 bürünc medal qazanıb.

Mediasport.az xəbər verir ki, şəxsi yarışda qrup mərhələsini 2 qələbə ilə başa vuran təmsilçimiz yarımfinala kimi irəliləyib.

İdmançımız finala gedən yolda hindistanlı Rutik Raqupatiyə 0:2 (17:21,11:21) hesabı ilə məğlub olub və bürünc medal əldə edib.

Əliyev qoşa yarışda da yalnız hindistanlı rəqibindən geri qalıb. Sinqapur idmançısı Tay Vey Minqlə tandem təşkil edən təmsilçimiz Hardik Makkar-Rutik Raqupati cütlüyünə 0:2 (12:21,12:21) hesabı ilə uduzuraq 2-ci yeri tutub.