Alim Nəbiyev Batumidə qalib gəldi

  Alim Nəbiyev Batumidə qalib gəldi

Azərbaycanın və "Qəbələ" İdman Klubunun kikboksçusu Alim Nəbiyev növbəti döyüşünü keçirib.

Mediasport.az xəbər verir ki, 30 yaşlı idmançı Gürcüstanda təşkil olunan "Grand Bellagio Championship-2"də iştirak edib.

Nəbiyev reytinq xarakterli döyüşdə Batumidə Uqanda təmsilçisi Umar Semata ilə qarşılaşıb.

Yeddiqat dünya və üçqat Avropa çempionu olan idmançımız bu qarşılaşmada qalib gəlib.

Bu, Alimin peşəkarlar arasında 64-cü döyüşdə 56-cı qələbəsi olub.