Azərbaycan Premyer Liqa klubu serbiyalı müdafiəçi transfer etdi

Azərbaycan Premyer Liqa klubu serbiyalı müdafiəçi transfer etdi

Yenidən Premyer Liqada çıxış edəcək "Şamaxı" heyətini daha bir legionerlə gücləndirib.

Mediasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi serbiyalı Vasiliye Bakiçlə anlaşıb.

192 sm boya malik 24 yaşlı balkanlı mərkəz müdafiəçisidir.

Son klubu ölkəsinin Superliqasında "Radniçki" olan Bakiçlə 1 illik müqavilə bağlanıb.

Daha əvvəl Serbiyada "Kolubara", "İndija", "Vozdovaç"da oynamış müdafiəçi "Çukariçki"nin yetirməsidir.

Superliqada ümumilikdə 85 oyun keçirən futbolçu 1 dəfə Serbiyanın U-17 millisində forma geyinib.

Xatırladaq ki, bu, “Şamaxı”nın 13-cü transferidir.

Ayxan Abbasovun komandası Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rauf Rüstəmli, Rüfət Abbasov, Belaydi Pusi, Brahim Konate, Georgi Kantariya, Kamal Bayramov, Fəxri Məmmədli, Vasiliye Radenoviç və Conatan Bentekeni də sıralarına qatıb.