"Kəpəz"də icarədə oynayan futbolçu ilə yeni müqavilə bağlandı

"Kəpəz"də icarədə oynayan futbolçu ilə yeni müqavilə bağlandı

"Kəpəz" Elmir Tağıyevlə yeni müqavilə imzalayıb.

Mediasport.az xəbər verir ki, qərb təmsilçisi ötən mövsüm "Səbail"dən icarəyə götürdüyü 24 yaşlı futbolçunun transfer hüququna sahib çıxıb.

Onunla 1+1 illik müqavilə imzalanıb.

Elmir ötən mövsüm Premyer Liqanın 26 oyununda 1 qol vurub.