PFL-in vitse-prezidenti "Araz-Naxçıvan"lını mükafatlandırıb

PFL-in vitse-prezidenti "Araz-Naxçıvan"lını mükafatlandırıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunun açılış matçı “Araz-Naxçıvan” – “Kəpəz” oyunundan əvvəl Peşəkar Futbol Liqasının (PFL) “Ayın qolu” layihəsi çərçivəsində oktyabr ayının qalibi olan Məhəmməd Kadiri mükafatını alıb.

Mediasport.az xəbər verir ki, qanalı futbolçuya mükafatları qurumun vitse-prezidenti Aslan Şahgəldiyev təqdim edib.

Qeyd edək ki, layihədə ilk qalib də “Araz-Naxçıvan”lı Turan Manafov olmuşdu.

Kadirinin “Qəbələ” ilə matçda vurduğu qol oktyabrın ən yaxşısı seçilib.