Azərbaycan idmançıları Leondakı dünya birinciliyində yarışacaqlar

  Azərbaycan idmançıları Leondakı dünya birinciliyində yarışacaqlar

19-27 sentyabrda İspaniyanın Leon şəhərində gənclər arasında ağırlıqqaldırma üzrə dünya birinciliyi keçiriləcək.

Mediasport.az xəbər verir ki, yarışda 60-a yaxın ölkədən 367 (168 qadın + 199 kişi) idmançı iştirak edəcək. 

Azərbaycanı turnirdə Elşən Məmmədov (61 kq), Ravin Alməmmədov (81 kq), Nurlan Məmmədzadə (89 kq) təmsil edəcəklər.