Azərbaycan Premyer Liqasında ən çox legioneri olan klub hansıdır?
İki gün əvvəl baş tutan AFFA İcraiyyə Komitəsinin iclasında legioner limiti ilə bağlı qəbul edilən qərar geniş müzakirələrə yol açıb.
Yeni qərarla Azərbaycan Premyer Liqasının matçlarında əcnəbi futbolçuların xidmətlərindən yararlanacaq klubların ödəyəcəyi rüsumlar da açıqlanıb.
Qərarə əsasən, yeni mövsümdən legioner futbolçular üçün ödənişlər aşağıdakı kimi olacaq:
- 1 legionerdən 7 legionerə qədər: 5000 manat
- 8-dən 12-yə qədər: 10000 manat
- 13-dən 15-ə qədər: 100000 manat
- 16 və daha yuxarı: 200000 manat
Maraqlıdır, görəsən, Azərbaycan çempionatında heyətində ən çox əcnəbi futbolçusu olan klub hansıdır?
Azərbaycan Premyer Liqasında əcnəbi futbolçular üzrə lider "Zirə"dir. Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar"ın düşərgəsində 14 belə oyunçu var.
Son illərin dəyişməz çempionu "Qarabağ" 13 legionerlə sıralamada ikincidir.
"Turan Tovuz" və "Sabah" hərəyə 12 əcnəbi futbolçu ilə 3-4-cü pillələrdə qərarlaşıblar.
5-6-cı yerlədə hərəyə 10 legionerlə "Araz-Naxçıvan" və "Neftçi" yer alıb.
"Sumqayıt", "Şamaxı" və "Səbail"in 9 belə futbolçusu var.
Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" bu sırada da "liderdir" - 8 əcnəbi.
Mediasport.az