Tovuzda mövsümün üçüncü göstəricisinin təkrarı qeyd alınıb

Tovuzda mövsümün üçüncü göstəricisinin təkrarı qeyd alınıb

Azərbaycan Premyer Liqasının XXVII turunda keçirilmiş "Turan Tovuz" - "Qarabağ" oyununda 6000 tamaşaçı qeydə alınıb.

Mediasport.az xəbər verir ki, bu, mövsümün üçüncü göstəricisinin təkrarıdır.

27 tur ərzində baş tutan 135 matçda 4-cü dəfə tamaşaçı sayı 6000 və ya daha yüksək olub.

Rekord “Sumqayıt” - “Neftçi” oyununa (2:1) məxsusdur. XXI turun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda reallaşan görüşünü 8100 tamaşaçı izləyib.

XXV turun “Neftçi Arena”dakı “Neftçi” - “Qarabağ” qarşılaşmasında (1:4) 6500, X turun “Turan Tovuz” – “Qarabağ” oyununda (2:2) 6000 seyrçi qeydə alınıb.

Qarşılaşmada qonaqlar 3:1 hesablı qələbə qazanıblar.