"Tofiq Bəhramovun qərarı dünyada indiyədək müzakirə olunur"
"Tofiq Bəhramovun 1966-cı ildə verdiyi qərar dünyada indiyədək müzakirə olunur".
Mediasport.az xəbər verir ki, bu sözləri veteran futbolçu Tərlan Əhmədov deyib.
O, Azərbaycanın əfsanəvi futbol hakimi Tofiq Bəhramovun 100 illiyi münasibətilə təşkil edilən yubiley matçından öncə jurnalistlərə açıqlama verib.
T.Əhmədov bildirib ki, Tofiq Bəhramovun 1966-cı il dünya çempionatında Almaniya və İngiltərə arasında keçirilmiş final matçında verdiyi qərar böyük cəsarət tələb edir:
"Həm bu qərarı, həm də hakimlik karyerası Azərbaycan idmanında böyük iz buraxıb. Ötən gün AFFA və Veteran Futbolçular İttifaqının təşkilatçılığı ilə mərasim təşkil edildi. Bu gün də veteran futbolçular və jurnalistlər arasında keçirilən yubiley matçı Tofiq Bəhramova olan hörmətdən irəli gəlir".
T.Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib.