Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu oldu!

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Avropa çempionu oldu!

Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Yunanıstanın Rodos adasında keçirilən Avropa çempionatında tarixi uğura imza atıb.

Mediasport.az xəbər verir ki, 27 yaşlı təmsilçimiz fərdi qitə birinciliyinin 10-cu turunda gürcüstanlı Nino Batsiaşvili ilə heç-heçə edərək Avropa çempionu olub.

Yarışda məğlubiyyət üzü görməyən təmsilçimiz 10 tura 8,5 xal toplamaqla bütün rəqiblərini geridə qoyub.

O, Avropa çempionu titulunu qazanan ilk Azərbaycan qadın şahmatçısı kimi tarixə düşüb.

Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur və Fətəliyeva əvvəlki iki çempionatda 3-cü yeri tutub.

Azərbaycan AÇ-də 10 şahmatçı ilə təmsil olunub.

Birincilikdə ümumilikdə 150 zəka sahibi çempionluq uğrunda mübarizə aparıb.