Boksçumuz dünya çempionatını gümüş medalla başa vurdu

Boksçumuz dünya çempionatını gümüş medalla başa vurdu

Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyini gümüş medalla başa vurub.

Mediasport.az xəbər verir ki, 48 kq-da mübarizə aparan milli üzvü finalda Safyiddin Sabirova (Özbəkistan) məğlub olub.

Xatırladaq ki, mundialda milli üzvlərindən daha əvvəl Əli Abdullayev (63,5 kq) gümüş, Məhəmmədəli Qasımzadə (60 kq) və Aynur Mikayılova (57 kq) da bürünc medala yiyələniblər.