Nicat Abasov İddiaçılar Turnirini qələbə qazanmadan başa vurub

Nicat Abasov İddiaçılar Turnirini qələbə qazanmadan başa vurub

Kanadanın Toronto şəhərində keçirilən şahmat üzrə İddiaçılar Turnirində son turun görüşləri keçirilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan təmsilçisi Nicat Abasov turniri qələbə qazanmadan başa vurub.

28 yaşlı qrossmeyster 14-cü turda hindistanlı Rameşbabu Praqnananda ilə qarşılaşıb və ilk dueldəki kimi, məğlub olub.

14 turun nəticəsinə əsasən, Nicat Abasov 3,5 xalla sonuncu - 8-ci yeri tutub.

Turnirinin qalibi 9 xalla hindistanlı Dommaracu Qukeş olub.

Hərəyə 8,5 xal toplayan Hikaru Nakamura ikinci, Yan Nepomnyaşi üçüncü, Fabiano Karuana isə dördüncü yeri tutub.

Qeyd edək ki, Nepomnyaşi turnirdə uduzmayan yeganə şahmatçıdır - 3 qələbə, 11 heç-heçə.

Turnirin qadınlar arasında qalib adını 9 xalla çinli Tan Çjunyi qazanıb.