Gənc şahmatçımız superturnirin yarış cədvəlinə liderlik edir
"Vüqar Həşimov Memorial-2023" superturnirində rapid yarışları yekunlaşıb.
Mediasport.az xəbər verir ki, ilk dəfə Qəbələdə - Heydər Əliyev Konqres Mərkəzində təşkil edilən şahmat üzrə yarışda rapid üzrə 7-ci turun ilk gedişini Təşkilat Komitəsinin rəhbəri, Vüqar Həşimovun atası Qasım Həşimov edib.
Yarış cədvəlinə 9 turdan sonra 11 xalı olan azərbaycanlı şahmatçı Aydın Süleymanlı başçılıq edir. Onun ən yaxın izləyiciləri 10 xala malik hindistanlı Arjun Eriqaisi, Vidit Santoş və niderlandlı Yorden Van Forestdir.
Xatırladaq ki, bu gün yarışda blits üzrə partiyalar oynanılacaq. Qalib rapid və blits üzrə toplanan xalların cəminə əsasən məlum olacaq.
7-ci tur
Vidit Santoş (Hindistan) - Arjun Eriqaisi (Hindistan) 0,5-0,5
Aydın Süleymanlı (Azərbaycan)- Nicat Abasov (Azərbaycan) 1-0
Rauf Məmmədov (Azərbaycan)- Şəhriyar Məmmədyarov (Azərbaycan) 0,5-0,5
Teymur Rəcəbov (Azərbaycan) - Boris Gelfand (İsrail) 0-1
Yorden Van Forest (Niderland) - Riçard Rapport (Macarıstan) 1-0
8-ci tur
Arjun Eriqaisi (Hindistan)- Riçard Rapport (Macarıstan) 1-0
Boris Gelfand (İsrail) - Yorden Van Forest (Niderland) 0,5-0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan)-Teymur Rəcəbov (Azərbaycan) 0,5-0,5
Nicat Abasov (Azərbaycan)-Rauf Məmmədov (Azərbaycan) 0,5-0,5
Vidit Santoş (Hindistan)-Aydın Süleymanlı (Azərbaycan) 1-0
9-cu tur
Aydın Süleymanlı (Azərbaycan)- Arjun Eriqaisi (Hindistan) 1-0
Rauf Məmmədov (Azərbaycan)- Vidit Santoş (Hindistan) 0,5-0,5
Teymur Rəcəbov (Azərbaycan)-Nicat Abasov (Azərbaycan) 0,5-0,5
Yorden Van Forest (Niderland)- Şəhriyar Məmmədyarov (Azərbaycan) 1-0
Riçard Rapport (Macarıstan) - Boris Gelfand (İsrail) 1-0