Fətəliyevaya Avropa çempionluğu üçün yarım xal kifayət edəcək

Fətəliyevaya Avropa çempionluğu üçün yarım xal kifayət edəcək

Yunanıstanın Rodos adasında qadın şahmatçılar arasında şəxsi Avropa çempionatı sona yaxınlaşmaq üzrədir.

Mediasport.az xəbər verir ki, qitə birinciliyində 9-cu turun görüşləri keçirilib.

Yarışın lideri olan Azərbaycan millisinin üzvü Ülviyyə Fətəliyeva çempionluğunu vaxtından əvvəl rəsmiləşdirə bilməyib.

Zəka sahibi hesabat turunda rumınyalı İrina Bulmaqa ilə xalları yarı bölüb.

Liderliyini qoruyan Fətəliyeva son turda yarım xal qazansa, Avropa çempionu olacaq.

Turnirdə 150 şahmatçı qələbə uğrunda yarışır.


Şəxsi Avropa çempionatı. 9-cu tur


Ülviyyə Fətəliyeva - İrina Bulmaqa (Rumıniya) 0,5:0,5

Günay Məmmədzadə – Yuliya Osmak (Ukrayna) 1:0

Lela Cavaxişvili (Gürcüstan) – Xanım Balacayeva 0,5:0,5

Gövhər Beydullayeva – Anna Kubiçka (Polşa) 0,5:0,5

Mitra Hecazipur (Fransa) – Səbinə İbrahimova 0:1

Yelizaveta Qrebenşikova (Ukrayba) – Gülnar Məmmədova 1:0

Nərmin Abdinova – Nataliya (Jukova) 0,5:0,5

Ləman Hacıyeva – Marta Dakiç (Serbiya) 1:0

Yulianna Terbe (Macarıstan) – Səbinə Rzalı 1:0

Ayan Allahverdiyeva – Mariya-Anna Stefanidi (Yunanıstan) 1:0