Azərbaycan Voleybol Federasiyası UVF-lə əməkdaşlıq edəcək
Azərbaycan Voleybol Federasiyası (AVF) beynəlxalq əməkdaşlıq çərçivəsində növbəti memorandumu Ukrayna Voleybol Federasiyası (UVF) ilə imzalayıb.
Mediasport.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan görüşdə sənədi AVF-nin prezidenti Şahin Bağırov və UVF-nın prezidenti Mixaylo Melnik imzalayıblar.
Memorandum iki ölkənin voleybol federasiyaları arasında əməkdaşlığın genişləndirilməsi və birgə layihələri əhatə edir.
Sənəd federasiyalar arasında təcrübə mübadiləsi baxımından da əhəmiyyət daşıyır.