Estoniyaya "quru hesab"la uduzan millimiz növbəti oyununa çıxacaq

 Estoniyaya "quru hesab"la uduzan millimiz növbəti oyununa çıxacaq

20 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandası bu gün Polşada keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxacaq.

Mediasport.az xəbər verir ki, dünən Estoniyaya 3:0 hesabı ilə uduzan yığmamız, bu gün Bakı vaxtı ilə saat 20:00-da Ukrayna ilə üz-üzə gələcək.

Səbuhi Əliyevin çalışdırdığı komanda daha sonra turnirdə Latviya və Polşa ilə də qarşılaşacaq.

Yanvarın 14-də başa çatacaq yarış qitə birinciliyinə - AVRO-2024-ə vəsiqə əldə edəcək.

Xatırladaq ki, 20 yaşadək qız voleybolçulardan ibarət Azərbaycan millisi bu il EEVZA-da keçirdiyi bütün oyunlarda məğlub olub.