Azərbaycan Yüksək Liqasında ikinci finalçının adı müəyyənləşib

Azərbaycan Yüksək Liqasında ikinci finalçının adı müəyyənləşib

Kişi voleybolçular arasında Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib.

Mediasport.az xəbər verir ki, “Murov Az Terminal” qızıl medallar uğrunda mübarizəni davam etdirəcək.

"Neftçi"ni ikinci görüşdə də eyni hesabla (3:0) məğlub edən komanda ölkə çempionluğu uğrunda dueldə "Azərreyl"lə qarşılaşacaq.

"Neftçi" və MOİK isə bürünc medalların taleyinə aydınlıq gətirəcək.