Komandamız Avropa çempionatında uğursuz çıxış etdi

Komandamız Avropa çempionatında uğursuz çıxış etdi

Çimərlik voleybolu üzrə CEV U-18 Avropa çempionatında iştirak edən oğlanlardan ibarət komandamız turnirdə uğur qazana bilməyib.

mediasport.az xəbər verir ki, təsnifat mərhələsindən mübarizəyə başlayan Muhammad Aslanlı-Nəriman Bayramlı cütü yarışın birinci günü dörd görüş keçirib.

İlk matçda Andorra komandasına qalib gələn voleybolçularımız ikinci oyunda Slovakiya təmsilçilərinə məğlub olublar. Ardınca Şotlandiyaya qalib gələn komandamız təsnifat mərhələsinin son qarşılaşmasında Serbiyaya uduzduğu üçün əsas mərhələyə vəsiqə qazana bilməyib. Təmsilçilərimiz beləcə mübarizəni başa vurublar.

Reqlamentə əsasən, təsnifat mərhələsində 3 görüşdə qalib gələn cütlər əsas mərhələyə yüksəlirlər.