UEFA Gənclər Liqası: "Sabah" İsveçrədə "Bazel"lə üz-üzə gələcək
"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasının 2-ci mərhələsindən mübarizəyə başlayır.
Mediasport.az xəbər verir ki, son Azərbaycan çempionu İsveçrədə "Bazel"in qonağı olacaq.
Qarşılaşmanın start fiti 21:00-da səslənəcək. Cavab oyunu noyabrın 6-da Bakıda baş tutacaq.
Bu cütün qalibi 3-cü mərhələdə "Braqa" (Portuqaliya) "Rapid" (Avstriya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Gənclər Liqası. 2-ci mərhələ
23 oktyabr
21:00 "Bazel" U-19 (İsveçrə) - "Sabah" U-19 (Azərbaycan)