Azərbaycanı tərk edən daha bir futbolçunun yeni klubu məlum oldu
“Səbail”dən ayrılan daha bir futbolçu özünə yeni komanda tapıb.
Mediasport.az xəbər verir ki, müdafiəçi Adi Mehremiç karyerasını vətənində davam etdirəcək.
32 yaşlı futbolçu Bosniya və Herseqovinanın ən yaşlı klublarından “Velej"ə geri qayıdıb.
Mehremiç 2011-2013-cü illərdə formasını geyindiyi Mostar təmsilçisi ilə 1 illik müqavilə bağlayıb.
O, ötən mövsüm "Səbail"in heyətində 27 oyun keçirib, 1 qolla yadda qalıb.Azər