Azərbaycan klubunu millinin keçmiş futbolçusu çalışdıracaq

Azərbaycan klubunu millinin keçmiş futbolçusu çalışdıracaq

1-ci Liqa təmsilçisi "Difai"nin yeni baş məşqçisi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, "fədailər" son iş yeri "Araz-Naxçıvan" olan Xaqani Məmmədova tapşırılıb.

Millinin sabiq hücumçusu klubun İdarə Heyətinin iclasından sonra kollektivə təqdim edilib.

"Difai"ni cari mövsümə Elgiz Kərəmli hazırlayıb. İlk turun "Cəbrayıl"la oyunundan sonra o, vəzifəsindən ayrılıb.

Xatırladaq ki, Xaqani Məmmədov Muxtar Respublika klubunda baş məşqçi Elmar Baxşıyevin köməkçisi kimi çalışmışdı.