"Qarabağ"a qarşı oynamağın özü əlavə motivasiyadır

"Qarabağ"a qarşı oynamağın özü əlavə motivasiyadır

"Hər oyuna olduğu kimi, "Qarabağ"la qarşılaşmaya da ciddi hazırlaşmışıq".

Bu sözləri MediaSport.az saytına açıqlamasında "Qəbələ"nin aparıcı üzvü Rövlan Muradov deyib.

Çətin oyun haqda danışan 24 yaşlı futbolçu AFFA Apellyasiya Arbitraj Tribunalının İntizam Komitəsinin "Qəbələ" və haqqında çıxarılan ləğv qərarına da münasibət bildirib:

"Qarabağ" elə komandadır ki, onlarla oynamağın özü əlavə motivasiyadır. Ciddi hazırlaşmışıq, maksimum nəticə göstərmək istəyirik. Uzaq Yunanıstandan yorğun qayıdıb Qəbələyə yollansalar da, onların belə qrafikə öyrəşdiklərini düşünürəm. Üstəlik, komandanın, demək olar ki, iki heyəti var. Fikrimcə, ağır və gərgin qarşılaşma olacaq. Cəzaya gəldikdə, ləğv olunması üçün əziyyət çəkən insanlara təşəkkür edirəm. Komandama qarşıdakı görüşlərdə kömək edəcəyim üçün sevinirəm".

Qəbələ şəhər stadionunda oynanılacaq "Qəbələ" - "Qarabağ" matçı saat 17:00-da start götürəcək.