"Turan Tovuz"un futbolçusu "Dördlər Finalı"nda oynayacaq
"Turan Tovuz"un müdafiəçisi Roderik Miller növbəti dəfə Panama milli komandasına dəvət alıb.
Mediasport.az xəbər verir ki, 32 yaşlı futbolçu yığmanın KONKAKAF Millətlər Liqasında görüşündə baş məşqçinin sərəncamında olacaq.
Panama seçməsi "Dördlər Finalı" çərçivəsində martın 21-də Meksika ilə qarşılaşacaq.
Qeyd edək ki, Tovuz klubunda ötən ilin martından forma geyinən mərkəz müdafiəçisi 2011-ci ildən çıxış etdiyi millidə 31 oyuna 2 qol vurub.