"Neftçi"dən ayrılan xorvatiyalı Polşa klubunda forma geyinəcək - RƏSMİ

"Neftçi"dən ayrılan xorvatiyalı Polşa klubunda forma geyinəcək - RƏSMİ

"Neftçi"dən ayrılan xorvatiyalı qapıçı İvan Brkiçin yeni iş yeri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, o, karyerasını Polşa klubu "Motor"da (Lublin) davam etdirəcək.

Brkiçlə 2026-cı ilə qədər müqavilə imzalanıb.

2022-ci ilin yanvarından "ağ-qaralar"ın formasını geyinən İvan başa çatan mövsüm bütün turnirlər daxil olmaqla 18 oyuna çıxıb, 6 matçda qapısını toxunulmaz saxlayıb.