Azərbaycanın sərbəst güləşçisi 4 illik diskvalifikasiya edildi - FOTO
Azərbaycanın güləşçisi Vaxit Qalayev antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifkasiya olunub.
Mediasport.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) mətbuat xidməti məlumat yayıb.
Cəzaya səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə və ya istifadə cəhdi göstərilib.
125 kq çəki dərəcəsində çıxış edən pəhləvanın nümunəsində qadağan edilmiş "S4.Hormon" və "Metabolik Modulyatorlar/anastrozole" maddələrinin və ya onun metabolitləri, yaxud markerlərinin mövcudluğu göstərilib.
Qeyd edək ki, 2024-cü il yanvarın 29-dan qüvvəyə minən sanksiya 2028-ci il yanvarın 28-də bitəcək.