Nigar Mirzəzadə Dünya çempionatında gümüş medal qazandı
65 kq çəkidə mübarizə aparan qadın güləşçimiz Nigar Mirzəzadə İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 Dünya çempionatında final görüşünə çıxıb.
mediasport.az xəbər verir ki, təmsilçimiz həlledici qarşılaşmada Miva Morikava ilə qarşılaşıb.
Yaponiyalı rəqibinə 0:10 hesabı ilə məğlub olan Mirzəzadə DÇ-ni gümüş medalla yekunlaşdırıb.
Daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.