Reytinq turnirində Azərbaycanı 31 güləşçi təmsil edəcək - HEYƏT
Güləş üzrə Azərbaycan yığmalarının fevralın 2-də Serbiyanın paytaxtı Zaqrebdə start götürəcək reytinq turniri üçün heyəti açıqlanıb.
mediasport.az xəbər verir ki, 4 gün davam edəcək yarışda ölkəmizi 31 idmançı təmsil edəcək.
Sərbəst güləşçilərimizdən İslam Bazarqanov, Əliabbas Rzazadə (hər ikisi 57 kq), Əli Rəhimzadə, Hacı Əliyev (hər ikisi 65 kq), Hacımurad Hacıyev (70 kq), Cəbrayıl Hacıyev (74 kq), Abubakr Abakarov (86 kq), Maqomedxan Maqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq) mübarizə aparacaq.
Qadınların yarışında Türkan Nəsirova, Mariya Stadnik (hər ikisi 50 kq), Elnurə Məmmədova (55 kq), Alyona Kolesnik (59 kq) və Elis Manolova (62 kq) yarışacaq.
Yunan-Roma güləşində isə Eldəniz Əzizli (55 kq), Murad Məmmədov, Nihat Məmmədli (hər ikisi 60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Tuncay Vəzirzadə (82 kq), Məhəmməd Əhmədiyev, İslam Abbasov (hər ikisi 87 kq), Murat Lokyayev, Zamir Maqomedov, Arif Niftullayev (hamısı 97 kq), Sərxan Məmmədov, Beka Kandelaki və Sabah Şəriəti (hamısı 130 kq) medal uğrunda yarışacaq.