Güləşçimiz Dünya Seriyasında dünya çempionu titulunu qoruyub
Türkiyədə çimərlik güləşi üzrə mövsümə yekun vurulub.
Mediasport.az xəbər verir ki, Muğla bölgəsinin Sarıgermə qəsəbəsində keçirilən Dünya Seriyasının final mərhələsinin yekununa əsasən, hər çəkidə dünyanın ən güclü çimərlik güləşçiləri müəyyənləşib.
90 kq-da hamıdan çox xal toplayan İbrahim Yusubov titulunu qoruyub və ardıcıl 2-ci dəfə dünya çempionu olub.
Öncəki dünya çempionatlarında qızıl və gümüş medal qazanmış Oyan Nəzəriani (+90 kq) isə medal kolleksiyasını tamamlayıb və bu dəfə bürünc medala sahib çıxıb.
Ramiz Həsənov (70 kq) isə medalın bir addımlığında qalıb və 4-cü yeri tutub.