Bakıya gələcək bolqarların heyətində dəyişiklik edilib

Bakıya gələcək bolqarların heyətində dəyişiklik edilib

"FİFA series - Edition 2024" beynəlxalq turniri çərçivəsində Bakıya yollanacaq Bolqarıstan yığmasının heyətində dəyişiklik edilib.

Mediasport.az xəbər verir ki, milli komandamızla qarşılaşacaq bolqarların düşərgəsinə yerli "Pirin" klubundan Andrey Yordanov çağırılıb.

23 yaşlı yarımmüdafiəçi səhhətində problem yaranmış müdafiəçi İvan Turitsovu əvəzləyib.

Seçməmiz Bolqarıstanla martın 25-də üz-üzə gələcək.