Ramil Şeydayevin klubu dünyaca məşhur şirkətlə müqavilə bağlayıb
Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayevin yeni transfer olunduğu "Kocaelipsor" sponsorluq müqaviləsi imzalayıb.
Mediasport.az xəbər verir ki, 1-ci Liqada çempionluğa oynayan komanda dünyaca məşhur Koreyanın "Hyundai" avtomobil kampaniyası ilə əməkdaşlığa başlayıb.
Bu məqsədlə şirkətin Kocaelidə yerləşən fabrikində müqavilənin imzalanması mərasimi keçirilib. Anlaşmanın detalları barədə məlumat verilməyib.
Qeyd edək ki, 28 yaşlı forvard dünən Kocaeli klubu ilə 1.5 illik anlaşmaya qol çəkib.
Komanda Türkiyə 1-ci Liqasında 18 turdan sonra 33 xalla 3-cü pillədə qərarlaşıb və lider "Eyüpspor"dan 5 xal geri qalır.