Millimizin keçmiş futbolçusu xəstəxanadan evə buraxılıb
Fevralın əvvəlində infrakt keçirən Azərbaycan milli komandasının sabiq hücumçusu Vadim Vasilyevin səhhəti müsbətə doğru irərliləyir.
Mediasport.az xəbər verir ki, millimizin keçmiş futbolçusu müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Vasilyevin müalicəsinin növbəti hissəsi ev şəraitində davam etdiriləcək.
Qeyd edək ki, 52 yaşlı veteran 1999-2003-cü illərdə yığmamızın heyətində 33 oyun keçirib, 2 qol vurub.
Onun müalicə xərcləri AFFA tərəfindən qarşılanır.
Sabiq forvard karyerası ərzində “Xəzri”, “Bakı Fəhləsi”, “Medita” (Ukrayna), “Metallurq” (Ukrayna), “Neftçi”, "Tavriya" (Ukrayna), “Qarabağ”, “Bakı”, “Olimpik” və “Karvan” komandalarının formasını geyinib.