Özbəkistan millisi yığmamızın qapısından 3 cavabsız top keçirib

Özbəkistan millisi yığmamızın qapısından 3 cavabsız top keçirib

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandası yoldaşlıq matçında Özbəkistalı həmyaşıdlarına uduzub.

Mediasport.az xəbər verir ki, Daşkənddə yerləşən "Dostluq" stadionunda keçirilən matç rəqibin 3:0 hesablı qələbəsi ilə bitib.

Xatırladaq ki, yığma komandalar oktyabrın 16-da yenidən qarşılaşacaqlar.