Baş məşqçi ilə müqavilə 4 ilədək uzadıldı

Baş məşqçi ilə müqavilə 4 ilədək uzadıldı

Argentina millisinin baş məşqçisi Lionel Skaloninin müqaviləsinin müddəti uzadılıb. MediaSport.az xəbər verir ki, məlumatı Argentina Futbol Federasiyasının mətbuat xidməti yayıb.

 44 yaşlı mütəxəssisin yeni sözləşməsi 2026-cı ilin yayınadək nəzərdə tutulub. Skaloni 2018-ci ildən bu komandaya rəhbərlik edir. Argentina yığması 2021-ci ildə onun rəhbərliyi altında Amerika Kubokunun qalibi olub.