UEFA Avropa Liqasının final oyununu ingiltərəli hakim idarə edəcək - FOTO
Futbol üzrə Avropa Liqasının final görüşünü idarə edəcək hakimin adı açıqlanıb.
mediasport.az xəbər verir ki, mayın 31-də Macarıstandakı "Puşkaş Arena"da keçiriləcək həlledici qarşılaşmada əsas söz sahibi Entoni Teylor olacaq.
Avroliqanın rekordçusu “Sevilya” ilə “Roma”nın dueli Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Qari Besvik və Adam Nann Teylorun köməkçiləri kimi çalışacaqlar. Matçın 4-cü hakimi funksiyasını Maykl Oliver yerinə yetirəcək.