"Qarabağ"lı və "Zirə"li oyunçular millidə növbəti oyunlarını keçirdilər
Afrika Millətlər Kubokunda (AFCON 2025) 2-ci turun oyunları sona çatıb.
Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 15 qarşılaşma keçirilib.
"Qarabağ"ın yarımmüdafiəçisi Yassin Benzianın formasını geyindiyi Əlcəzair millisi Liberiyanı məğlub edib (3:0).
"Köhlən atlar"ın futbolçusu oyuna start heyətdə çıxıb və 77-ci dəqiqədə hesab 2:0 olarkən əvəzlənib.
Ağdam təmsilçisinin digər üzvü Patrik Andradenin milli komandası Kapo Verde Mavritaniyanı 2 cavabsız qolla üstələyib.
Patrik oyuna sonradan daxil olub və matçın əsas vaxtının sonuna əlavə edilən 1-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.
"Zirə"nin futbolçusu Ange Mutsinzi Ruanda millisinin heyətində Nigeriya ilə qarşılaşıb.
Meydana start heyətində çıxan Ange sona qədər oynayıb.
Xatırladaq ki, 35-ci Afrika Millətlər Kuboku 21 dekabr (2025) - 18 yanvar (2026) aralığında Mərakeşdə keçiriləcək.
Afrika Millətlər Kuboku üzrə seçmələr. Qrup mərhələsi
10 sentyabr
B qrupu
Qabon - Mərkəzi Afrika 2:0
C qrupu
Botsvana - Misir 0:4
Kapo Verde - Mavritaniya 2:0
D qrupu
Ruanda - Nigeriya 0:0
Benin - Liviya 2:1
E qrupu
Liberiya - Əlcəzair 0:3
G qrupu
Zambiya - Syerra-Leoni 3:2
Çad - Fil Dişi Sahili 0:2
H qrupu
Qvineya - Tanzaniya 1:2
I qrupu
Mozambik - Qvineya-Bissau 2:1
Esvatini - Mali 0:1
J qrupu
Namibiya - Kenya 1:2
Zimbabve - Kamerun 0:0
K qrupu
Cənubi Sudan - Cənubi Afrika 2:3
L qrupu
Burkina Faso - Malavi 3:1