"Napoli" İtaliya çempionudur!

"Napoli" İtaliya çempionudur!

İtaliya A Seriyasında 33-cü turun görüşlərindən sonra ölkə çempionu müəyyənləşib.

mediasport.az xəbər verir ki, "Udineze" səfərində heç-heçəyə (1:1) nail olan “Napoli” 32 ildən sonra Elitada qızıl medalları qazanıb.

Sonuncu dəfə 1990-cı ildə çempion olan Neapol təmsilçisi sonra 5 tur qalsa da, topladığı 80 xalla ən yaxın izləyicisi “Latsio”nu 16 xal qabaqlayır. Bu, “Napoli”nin tarixi ərzində 3-cü çempionluğu olub.