İspaniyada Madrid derbisi keçirilir, "Qarabağ"ın rəqibi üçün çətin səfər

  İspaniyada Madrid derbisi keçirilir, "Qarabağ"ın rəqibi üçün çətin səfər

Bu gün İspaniya La Liqasında cari mövsümün ilk Madrid derbisi baş tutacaq.

Mediasport.az xəbər verir ki, 8-ci turun mərkəzi qarşılaşması 23:00-da start götürəcək.

Paytaxt təmsilçilərinin rəqibləri "Barselona" "Osasuna"ya uduzduğu üçün hər iki komanda qələbə qazanmağa çalışacaq.

Avropada günün digər maraqla gözlənilən matçı İngiltərədə keçiriləcək.

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi Premyer Liqada "Mançester Yunayted"in qonağı olacaq.

"Old Trafford"da keçiriləcək görüşün start fiti 19:30-da səslənəcək.

İngiltərə Premyer Liqası. 6-cı tur

19:30 "Mançester Yunayted" - "Tottenhem"

İspaniya La Liqası. 8-ci tur

23:00 "Atletiko" - "Real"