Madrid "Atletiko"su səfərdə 7 cavabsız qol vurdu - VİDEO

Madrid "Atletiko"su səfərdə 7 cavabsız qol vurdu

Madrid "Atletiko"su səfərdə 7 cavabsız qol vurdu - VİDEO

İspaniya La Liqasında 3-cü tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, son oyun günün 2 matç keçirilib.

"Xetafe" Madriddə "Alaves"dən minimal hesabla üstün olub - 1:0.

İddialı "Atletiko" isə "Rayo Valyekano" səfərində meydan sahiblərini "qol yağışı"na tutub. Dieqo Simeonenin komandası rəqib qapısından 7 cavabsız top keçirib.

Darmadağın Madrid təmsilçisini 7 xalla turnir cədvəlində 2-ci pilləyə çıxarıb. Lider həmşəhərliləri "Real"dan 2 xal geri qalan "matrasçılar"ı eyni xalla "Jirona" və "Barselona" izləyir.