"Beşiktaş" Azərbaycana gəlir
Türkiyə nəhəngi “Beşiktaş” Azərbaycana gəlir.
mediasport.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb.
İstanbul təmsilçisinin zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə iki ölkədə yoldaşlıq görüşü keçirəcəyi bildirilir. “Ağ-qaralar” əvvəlcə bu ay milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə zamanı Almaniya təmsilçilərindən biri ilə qarşılaşacaq, Münhenqladbax “Borussiya”sı və “Leypsiq”lə danışıq aparılır.
Şenol Günəşin komandası Super Liqanın bu mövsümkü istirahət təqvimində - 9-30 aprel tarixləri aralığında Azərbaycana səfər edəcək. “Qara qartal” adı açıqlanmasa da, Azərbaycanda bir yerli klubla xeyriyyə xarakterli yoldaşlıq matçı keçirəcək.