Tarixində ilk dəfə yarışda iştirak edən komandamızdan qələbə

 Tarixində ilk dəfə yarışda iştirak edən komandamızdan qələbə

Tatarıstanın paytaxtı Kazanda İslam ölkələri arasında “Orxis Cup” ikinci beynəlxalq hokkey turniri start götürüb.

Mediasport.az xəbər verir ki, 5 gün davam edəcək yarışda Azərbaycan, Türkiyə, Qazaxıstan, Pakistan, Monqolustan, İran, Livan, Bəhreyn, Tatarıstan və Qırğızıstanın komandaları təmsil olunurlar.

Azərbaycanın “Baku Flames” komandası ilk olaraq Bəhreyn kollektivi ilə qarşılaşıb. Oyun komandamızın 8:3 hesablı qələbəsilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanın hokkey komandası tarixində ilk dəfə beynəlxalq turnirdə iştirak edir.