Bakıda millimizə qol vurdu, 44 yaşında həvəskar kluba keçdi

Bakıda millimizə qol vurdu, 44 yaşında həvəskar kluba keçdi

2008-ci ildə İspaniya yığmasının heyətində Avstriya və İsveçrənin birgə təşkilatçılığı ilə keçirilmiş futbol üzrə Avropa çempionatının qalibi olmuş Daniel Quiza böyük futbola qayıdıb.

Mediasport.az xəbər verir ki, ötənlərin məşhur forvardı Əndəlus Primerasında mübarizə aparan "Rotena"da çıxış edəcək.

44 yaşlı hücumçu səviyyəcə həvəskar liqa sayılan çempionat təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.

2007-2010-cu illərdə "matadorlar"ın heyətində oynamış Quiza 2009-cu ildə Bakıda baş tutmuş Azərbaycan - İspaniya yoldaşlıq görüşündə (0:6) komandasının 5-ci qolunun müəllifi olub.

O, əsasən "Malyorka" və "Fənərbağça"dakı çıxışıları ilə yaddaşlarda qalıb.