"Neftçi"dən ayrılan futbolçu sabiq "Qarabağ"lının baş məşqçisi olduğu Ərəbistan klubuna keçdi - FOTO
Səudiyyə Ərəbistanının Birinci Divizion klubu "Ohod" baş məşqçi postuna "Qarabağ"ın keçmiş futbolçusu Zəkəriyyə Ramadanini gətirib.
MediaSport.az xəbər verir ki, kosovolu çalışdırıcının köməkçilərindən biri də vaxtilə Ağdam klubunda forma geyinmiş Sedat Saini olub.
Maraqlıdır ki, sabiq "Qarabağ"lıların komandaya dəvət etdikləri ilk futbolçu "Neftçi"dən bu gün ayrılmış Sezar Meza Kollidir. Paraqvaylı ilə 1 illik müqavilə bağlanıb.
Ramadani və Saini "Qarabağ"da 2008/2009-cu illər mövsümündə çıxış ediblər.