Tarixdə 1000 oyun keçirən milli

Tarixdə 1000 oyun keçirən milli

Futbol üzrə Almaniya milli komandası xeyriyyə məqsədilə Ukrayna yığması ilə yoldaşlıq oyunu keçirib.

mediasport.az xəbər verir ki, Bremen şəhərində baş tutan qarşılaşma bundestim üçün əlamətdar olub.

Almanlar tarixləri ərzində milli komanda səviyyəsində 1000-ci görüşlərinə çıxıblar. Matç 3:3 hesabı ilə yekunlaşıb.

Oyun sayı indiki Almaniya Federal Respublikasının əvvəllər Almaniya Demokratik Respublikası və Almaniya Federativ Respublikası olduğu dönəmləri də əhatə edir.