"Bayer" 12-ci dəfə... - "Qarabağ"la son 3 görüş bu siyahıya daxildir
Bu mövsüm bütün turnirlər daxil 49 oyundur məğlub olmayan "Bayer" daha bir maraqlı və statistik göstəriciyə imza atıb.
Mediasport.az xəbər verir ki, Şabi Alonsonun baş məşqçisi olduğu Leverkuzen təmsilçisi 90-cı dəqiqədən sonra vurduğu qolların sayını 17-yə çatdırıb.
Yarımfinalın cavab görüşündə "Roma"ya 90+7-ci dəqiqədə qol vurmaqla Avropa Liqasında finala çıxan Almaniya çempionu bu mövsüm 12-ci dəfə geridönüş edib.
Avroliqanın qrup mərhələsi və 1/8 finalında "Qarabağ"a rəqib olmuş almanların bu statistikasına Azərbaycan çempionu ilə hər üç görüş daxildir.
Xatırladaq ki, qrup mərhələsi çərçivəsində Bakıda "Bayer"in 1:0 hesablı qələbəsi əsas vaxta əlavə olunmuş dəqiqələrdə penaltidən qeydə alınmışdısa, 1/8-in hər iki duelinin artırma dəqiqələrində vurulan qollar "əczaçılar"ı növbəti mərhələyə çıxarıb.