Boccia milli komandamız lisenziya turnirində iştirak edəcək

Boccia milli komandamız lisenziya turnirində iştirak edəcək

Boccia üzrə Azərbaycan milli komandasının 4 atlet və 3 müşahidəçisi baş məşqçi İlham Məhərrəmovun rəhbərliyi altında regional çempionatda iştirak etmək üçün Xorvatiyanın paytaxtı Zaqrebə yola düşüb.

mediasport.az xəbər verir ki, BC1 qızlar qrupunda Azərbaycanı Röya Şəfəqqətzadə, BC2 oğlanlar qrupunda Orxan Kərimov, BC2 qızlar qrupunda Sona Ağayeva, BC4 oğlanlar qrupunda isə Xəyal İslamov təmsil edəcək.

Yığma ilk dəfə BC1/BC2 komanda oyunlarında qüvvəsini sınayacaq. Yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandırır.