Millimizin kapitanı Dünya Su İdmanı Çempionatına qatılıb
Qətərin paytaxtı Doha şəhərində üzgüçülük üzrə Dünya Su İdmanı Çempionatı keçirilir.
Azərbaycan Üzgüçülük Federasiyasından Mediasport.az saytına verilən məlumata görə, turnirdə ölkəmizi yığmanın kapitanı Ramil Vəlizadə təmsil edir.
İdmançımız bu gün 200 metr, fevralın 16-da 100 metr məsafəyə “batterfly” üsulu ilə üzmə yarışında mübarizə aparacaq.
Yarışda ABŞ, Kanada, Avstraliya, Niderland, Böyük Britaniya, İtaliya, Almaniya, Fransa, İspaniya, Yaponiya, İsveçrə və Braziliya kimi ölkələrdən üzgüçülər iştirak edirlər.
Hazırda Çin millisi 25 medalla liderdir. Avstraliya 10 medalla 2-ci, ABŞ 7 medalla 3-cü pillədə qərarlaşıb.
Çempionatda 190 ölkədən 2600-ə yaxın elit idmançı yarışır.