Boksçumuzdan Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbə
Azərbaycan boksçusu Alfonso Dominges Tailandın paytaxtı Banqkokda keçirilən II Dünya Olimpiya Təsnifat Turnirində növbəti qələbəsini qazanıb.
Mediasport.az xəbər verir ki, 92 kq çəkidə qüvvəsini sınayan yığma üzvü 1/16 finalda Marko Çaçiki (Xorvatiya) məğlub edib.
Kubalı dünya çempionumuz rəqibinə 5:0 (30:27, 30:27, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gəlib.
Dominges 1/8 final mərhələsində Sanjit Sanjitlə (Hindistan) üz-üzə gələcək. Görüş mayın 31-də olacaq.
Qeyd edək ki, bu gün Məhsəti Həmzəyeva (57 kq) də rinqə çıxacaq.